BİZNES

25 Avqust

"Çin Rusiyadan şərab idxalını iki dəfə artırdı"

Çin 2025-ci ilin yanvar-iyul aylarında Rusiyadan şərab idxalını demək olar ki, iki dəfə artırıb. Çin Dövlət Gömrük İdarəsinin məlumatına görə, idxalın həcmi ötən ilin eyni dövründəki 713,4 min dollardan 1,308 milyon dollara yüksəlib. Bununla belə, iyul ayında Rusiyadan şərab tədarükü azalıb – 97 min dollar dəyərində idxal həyata keçirilib ki, bu da ötən ilin iyul göstəricisi (111,8 min dollar) və iyun ayı ilə (124,7 min dollar) müqayisədə aşağıdır. Ən yüksək idxal həcmi isə aprel ayında qeydə alınıb – həmin ay Çinə 444,7 min dollar dəyərində rus şərabı gətirilib.

Çin şərab bazarında Fransa, İtaliya və İspaniya kimi ənənəvi istehsalçılar üstünlük təşkil etsə də, Rusiya məhsullarına marağın artması bazarda yeni tendensiyanın formalaşdığını göstərir.